İstanbulda Taksim meydanın yaxınlığında, Kazançı Yokuşda 5 mərtəbəli binanın birinci mərtəbəsində, incəsənət qalereyasında partlayış baş verib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, partlayış nəticəsində 4 nəfər xəsarət alıb.
Partlayışın səbəb hələlik bilinmir. Hakimiyyət təmsilçilər terror aktının olduğunu istisna etməyib. Bununla belə partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.
Mənbə bildirib ki, partlayış nəticəsində qonşudakı 6 binanın pəncərələrinin şüşəsi sınıb. Partlayış dalğası küçədə dayanmış avtomobili çevirib.