İsrailin müdafiə naziri ABŞ Dövlət Departamentini təhqir etdi
15 yanvar 2014 11:30 (UTC +04:00)

İsrailin müdafiə naziri ABŞ Dövlət Departamentini təhqir etdi

ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki İsrail müdafiə naziri Moşe Yaalonun ABŞ-ın Yaxın Şərqlə bağlı son təkliflərini və dövlət katibi Con Kerri haqqında fikirlərini yersiz və təhqiredici kimi qiymətləndirib.


 

APA – nın “Röyters”ə istinadən verdiyi məlumata görə, Psaki qeyd edib ki, Yaalonun açıqlamaları ABŞ-ın İsrailə davamlı dəstəyi fonunda daha qəribə səslənir.

 

Bununla da ABŞ Dövlət Departamenti İsrailin nüfüzlu “Ediot Axronot” qəzetindəki məqaləyə reaksiya verib. Həmin məqalədə məlumatlı mənbəyə istinadən İsrailin müdafiə nazirinin ABŞ-da və İsraildə keçirdiyi bəzi görüşlərdə səsləndirdiyi fikirlər yer alıb. 

 

Məlumata görə, Yaalon Con Kerrini sadəlövh insan adlandırıb. O həmçinin arzu edib ki, ABŞ diplomatiyasının rəhbəri Nobel sülh mükafatını alsın və İsraildən əl çəksin.

 

Hələlik İsrail hökuməti “Ediot Axronot”dakı məqaləyə münasibət bildirməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 834
avatar

Oxşar yazılar