İsrail şokda: Misir “Hizbullah”la əməkdaşlığa başladı
30 dekabr 2012 12:38 (UTC +04:00)

İsrail şokda: Misir “Hizbullah”la əməkdaşlığa başladı

Misir xarici siyasətdə radikal dəyişiklik edərək İsrailin ehtiyat etdiyi addımı atır.

 

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Misirin Livandakı səfiri Aşraf Hamdi hökumətinin “Hizbullah” hərəkat ilə sıx əlaqə qurmaq arzusunda olduğunu və bu istiqamətdə ilkin addımlar atıldığını söyləyib.

 

Livanda böyük təsirə malik “Hizbullah” hərəkatının real siyasi və hərbi güc olduğunu qeyd edən Aşraf Hamdi  deyib ki, hər hansı ölkə Livanla bağlı  siyasətini “Hizbullah” hərəkatını nəzərə almadan müzakirə edə bilməz: “Biz istəyirik ki, “Hizbullah” Livanda nüfuzlu siyasi qüvvə kimi qalsın və Livanın maraqları istiqamətində çıxış etsin. “Hizbullah” Livan torpaqlarını qorumasında böyük rol oynayıb, İsrailin işğal etdiyi torpaqların geri qaytarılmasına cəhd göstərir. Belə fəaliyyət qanuni və legitimdir”.

 

Aşraf Hamdi artıq “Hizbullah”ın Siyasi Bürosunun üzvləri ilə şəxsən görüşməyə başladığını da təsdiqləyib. O, bu görüşlərin Misir və “Hizbullah” hərəkatının bir-birini daha yaxşı başa düşməsi məqsədi ilə keçirildiyini bildirib.

 

Qeyd edək ki, Hüsnü Mübarəkin prezidentliyi dönəmində Misir hakimiyyəti ilə “Hizbullah”  arasında münasibətlər gərgin olub. Bu, müəyyən dərəcə Misirlə İsrail arasındakı sülh müqaviləsindən də qaynaqlanıb. Misir hakimiyyəti ilə “Hizbullah” hərəkatı arasında münasibətlər 2008-ci ildə xüsusən gərginləşib. Həmin vaxt “Hizbullah” lideri Haman Nəsrulla Misiri adından Qəzzaya hərbi müdaxiləyə çağırsa da, Hüsnü Mübarək bu çağırışa cavab verməmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1534

Oxşar yazılar