İsrail Qəzzaya hava zərbəsi endirdi
04 may 2016 23:01 (UTC +04:00)

İsrail Qəzzaya hava zərbəsi endirdi

0

İsrailə məxsus Hərbi Hava Qüvvələri (HQQ) Qəzza zolağında yerləşən obyektlərə havadan zərbə endirib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail ordusunun rəsmi nümayəndəsi Piter Lerner bəyan edib.

 

“İsrailə məxsus HQQ Qəzzanın cənubunda HƏMAS-a məxsus beş obyektə hava zərbəsi endirib”, deyə P.Lerner bildirib.

 

Qeyd edək ki, bundan əvvəl İsrail hərbçiləri Qəzza tərəfdən minaatanlardan atəşə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar