İsrail əhalisinin 1,7 milyonu fələstinlidir
12 iyul 2013 07:50 (UTC +04:00)

İsrail əhalisinin 1,7 milyonu fələstinlidir

İordan çayının Qərb sahili, Qəzza zolağı və Şərqi Qüdsdə – Fələstin Muxtariyyətində 2013-cü ilin iyuluna olan məlumata əsasən 4, 4 milyon fələstinli yaşayır.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Fələstin Statistik mərkəzi Bürosu bildirib ki,  İordan çayının Qərb sahili və Şərqi Qüdsdə 2,7 milyon, Qəzza zolağında isə 1,7 milyon fələstinli var.

 

İsrailin məlumatına əsasən bu ölkənin əhalisinin sayı 8 milyon nəfərdir. Onların 6 milyon yəhudidir. 560 min nəfər İsrailin işğal etdiyi İordan çayının Qərb sahilində və şərqi Qüdsdə yaşayır.

 

İsrail əhalisinin  1,7 milyon isə ərəbdir.

 

Hesabatda bildirilib ki, 5,6 milyon Fələstin ərəbi dünyanın çeşidli dövlətləri ərazisində qaçqın statusu ilə yaşayır.

 

Məlumatda xatırladılıb ki, 2011-ci ildə Fələstin Muxtariyyətinin əhalisi 4,2 milyon nəfər olub. Fələstinli statistiklərin proqnozlarına əsasən, indiki vəziyyət saxlanılarsa, o zaman 2020-ci ildə Fələstin və İsrail ərazisində fələstinlilərin sayı 7,2 milyona çatacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1324
avatar

Oxşar yazılar