İslam Respublikası Ermənistanın «oksigen balonu»dur
06 fevral 2013 00:58 (UTC +04:00)

İslam Respublikası Ermənistanın «oksigen balonu»dur

İslam Respublikası ilə Ermənistan arasında əlaqələr genişlənməkdə və inkişaf etməkdədir. Bunu erməni rəsmiləri dəfələrlə bəyan edib.

 

Lent.az-ın  “News.am”a istinadən məlumatına görə, Ermənistanda prezidentliyə  namizəd, indiki dövlət başçısı Serj Sarqsyan seçicilərlə görüşdə Tehranla münasibətlərinə də toxunub:“Ermənistan İranla münasibətlərini dərinləşdirməkdə davam edəcək”.

 

Onun sözlərinə görə,  Ermənistan beynəlxalq sanksiyalara hörmətlə yanaşır, ancaq imkan daxilində İranla münasibətlər inkişaf ediləcək.

 

Səmərəli əməkdaşlığa örnək olaraq,o, Araz çayında tikilən Su Elektrik Stansiyasının tikintisindən danışıb: “Öz əllərimizlə bizi oksigenlə təmin edən iki mühüm arteriyadan birini kəsə bilmərik. Bu səfehlik olardı”.

 

Ermənistan prezidenti xatırladıb ki,İranla onları çoxəsrlik münasibətlər birləşdirir.

 

Xatırladaq ki, İranla Ermənistan Araz çayında iki Su Elektrik Stansiyasının tikintisinə başlayıb. Razılaşmaya əsasən, İslam Respublikasının vəsaitləri hesabına tikilən SES-lərdən biri 15 ildən sonra Ermənistanın mülkiyyəti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680
avatar

Oxşar yazılar