İŞİD terror qruplaşmasının silahlıları Suriyada qəzaya uğrayan hərbi təyyarənin pilotunu əsir götürüb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, pilot təyyarə qəzaya uğradığı ərazi yaxınlığında əsir götürülüb.
Qeyd olunur ki, təyyarə Dəməşq hava limanından cənub-şərqdə, İŞİD-in nəzarəti altında olan ərazidə yerə düşüb. Hərbi mənbələr MİQ-23 təyyarəsinin Suriya Hərbi-Hava Qüvvələrinə məxsusluğunu təsdiqləyib.