İŞİD-ə ağır zərbə: əl-Faluca azad edildi
17 iyun 2016 22:25 (UTC +04:00)

İŞİD-ə ağır zərbə: əl-Faluca azad edildi

0

Iraq hökuməti paytaxt Bağdaddan 50 km qərbdə yerləşən əl-Faluca şəhərinə nəzarəti bərpa edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu televiziya ilə xalqa müraciət edən İraq baş naziri Heydər əl-Abadi bəyan edib.

 

“Növbəti hədəfimiz Mosul şəhəridir. əl-Faluca isə yaxın saatlarda tamamilə terrorçulardan təmizlənəcək”, deyə H.əl-Abadi bildirib.

 

Qeyd edək ki, iyunun 17-də İraq ordusu əl-Faluca şəhərində hökumət binasının üzərinə ölkənin bayrağını sancıb.

 

Mayın 23-də İraq Silahlı Qüvvələri əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətində idi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 405

Oxşar yazılar