İrlandiyada katolik kilsəsi qadınları pulsuz işlədirmiş
06 fevral 2013 03:26 (UTC +04:00)

İrlandiyada katolik kilsəsi qadınları pulsuz işlədirmiş

İrlandiyada özəl komissiyanın gəldiyi nəticəyə əsasən, hakimiyyət katolik kilsənin başçılığı ilə illər uzunu qadınları sənaye camaşırxanalarında pulsuz işləməyə göndərirmiş. 

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, İrlandiyanın baş naziri Enda Kenni hakimiyyət adından deyil, öz adından «Maqdalin yataqxanalarındakı» ağır iş şəraiti ilə bağlı üzr istəyib.

 

Məlumata əsasən, bu «yataqxanalar» «düşmüş qadınlar» üçün iş yeri kimi də fəaliyyət göstərirmiş. Ora kəbindənkənar hamilə, o cümlədən cinsi təcavüzə məruz qalmışlar, yaxud keşişlərin qərarı ilə qadınlar göndərilirmiş.

 

1922-1996-cı illər ərzində həmin camaşırxanalarda on minə yaxın qadın işləyib. Komissiyanın qənaətincə, iki mindən çox qadın hakimiyyət orqanlarının qərarı ilə ora göndərilib.

 

Hesabat əsasən, camaşırxana dövlət müqavilələrinə uyğun bağlanıb və işləyən qadınlara əmək haqqı verilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512
avatar

Oxşar yazılar