İrəvanda yenə mitinq keçirilir
29 aprel 2018 20:26 (UTC +04:00)

İrəvanda yenə mitinq keçirilir

0

Ermənistanın paytaxtı İrəvanda Respublika meydanında müxalifətin növbəti mitinqi keçirilir.

 

APA-nın "news.am"a verdiyi xəbərə görə, mitinq “Mənim addımım” təşəbbüs qrupu tərəfindən təşkil edilib. Bundan əvvəl müxalifətçilər İrəvanın mərkəzi küçələrində yürüş keçiriblər.

 

Bu gün  Rusiya Dövlət Dumasının deputatları ilə görüşən Ermənistan müxalifətinin lideri Nikol Paşinyan xarici siyasətdə prioritetini açıqlayıb. N. Paşinyan Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Ermənistan sərhədlərinin rusiyalı hərbçilər tərəfindən qorunmasının tərəfdarı olduğunu qeyd edib.

 

Qeyd edək ki, aprelin 13-də başlayan etiraz aksiyaları nəticəsində baş nazir Serj Sərkisyan istefa verib. Aprelin 25-də Daşnaksütun Partiyası Respublika Partiyası ilə formalaşdırılan hakim koalisiyadan çıxdığını elan edib. Parlament mayın 1-də yeni baş naziri seçməlidir. Dünən hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib. Artıq bir neçə partiya N. Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyə hazır olduğunu bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 542

Oxşar yazılar