Mosuldan 20 km aralı, Ayn əl-Canaş kəndində yerləşən hərbi düşərgəyə yaraqlılar basqın edib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, silahlı hücum nəticəsində 15 hərbçi qətlə yetirilib.
Mənbə bildirib ki, onların çoxu girov götürüldükdən sonra öldürülüb. Hərbçilərdən 8-nin başı kəsilib, qalanları isə güllələnib. Onların cəsədi basqından bir neçə saat sonra düşərgəyə qayıdan əsgərlər tərəfindən aşkarlanıb.
Mosul İraqın neftlə zəngin bölgəsidir. Həmin hərbi düşərgənin hərbçiləri ilə oradan keçən neft kəmərini mühafizə edir.