İraq parlamentinin sədrinə sui-qəsd edilib
10 fevral 2014 20:18 (UTC +04:00)

İraq parlamentinin sədrinə sui-qəsd edilib

Fevralın 10-da İraq parlamentinin sədri Üsamə ən-Nuceyfini müşayiət edən avtomobil karvanının yolunda partlayıcı qurğu partladılıb.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, «əl-Cəzirə» telekanalı bildirib ki, hadisə Bağdaddan 405 km şimalda Mosul şəhərində baş verib.

 

Ən- Nuceyfi Neynəva əyalətinin mərkəzinə yerli özünüidarə qurumunun başçısı ilə təhlükəsizlik sahəsində vəziyyəti müzakirə etmək üçün gedibmiş.

 

Mənbənin məlumatına əsasən, partlayış nəticəsində parlament sədrinin cangüdəni yaralanıb. Onu xəstəxanalardan birinə yerləşdiriblər. Ən-Nüceyfi xəsarət almayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar