İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfham İranın inqilabadək Britaniyadan aldığı silahla bağlı yaranmış mübahisənin danışıqlar yolu ilə həll etmək istədiklərini bildirib.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, o, İslam Respublikasının aldığı silahın pulunu Londona ödədiyi ilə bağlı Haaqa məhkəməsinin qərarını xatırladıb.
Mənbə bildirib ki, indiyədək Britaniya Tehranın sifarişlərindən bir tank belə İrana göndərməyib. Mətbuat katibi məsələ ilə bağlı Britaniya şirkətinin məsuliyyət daşıdığını vurğulayıb.