İranla Türkiyə arasında təbii qaz satışı ilə bağlı qalmaqla davam etməkdədir. Türkiyə Tehranı ona «mavi yanacağı» baha satmaqda ittiham edərək, İranı beynəlxalq məhkəməyə verib.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə bildirib ki, İran tərəfi idxal etdiyi təbii qazın həcmini 10 milyard kub metrdən 20 milyarda çatdırılması haqda Türkiyənin təklifini yekun müqavilə imzalanandan sonra təmin edəcək.
Xatırladaq ki, iki ölkə arasında qaz müqaviləsi 1996-cı ildə imzalanıb. Hazırda Türkiyə İran qazının bir kub metrini 490 dollara, Azərbaycandan 335, Rusiyadan 425 dollara alır.