İranda daha bir nəfər edam edildi
15 dekabr 2013 21:26 (UTC +04:00)

İranda daha bir nəfər edam edildi

İranın Gilan vilayətində bir nəfər edam edilib.

 

APA-nın məlumatına görə, məhbus narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə dara çəkilib. Onun şəxsiyyəti açıqlanmayıb.

 

Məlumata görə, 44 yaşlı məhbus 85 kiloqram 300 qram heroin, 17 kiloqram tiryəklə tutulub və edam cəzasına məhkum edilib. Məhbusa 8 il həbs cəzası və 150 milyon pul cəriməsi də kəsilib.

 

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra məhbus dekabrın 14-də səhər saatlarında Rəşt mərkəzi həbsxanasında asılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1190
avatar

Oxşar yazılar