İranın Larican şəhərində sərnişin avtobusu yoldan çıxaraq, aşıb. Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, faciəli olay nəticəsinə 15 nəfər həlak olub. Mənbə bildirib ki, daha 19 nəfər çeşidli dərəcədə yaralanıb.
Laricandan Tehrana hərəkət edən avtobus 40 metrlik hündürlükdən dərəyə yuvarlanıb. Həlak olanların sayının çox olması da bununla əlaqələndirilir.
Sonuncu belə yol-nəqliyyat hadisəsi bu yaxınlarda Mərkəz əyalətinin Hundab şəhərində baş vermişdi. Onda içərisində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin iki əməkdaşı olan avtomobil aşmışdı. Cənubi Koreyadan olan müfəttiş həlak olmuş, o biri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.