İran hakimiyyəti ölkənin cənub-şərqində, Kerman əyalətində Britaniya xüsusi xidmət orqanı «MI6»-ya işləməkdə şübhəli bilinən şəxsi saxladığını bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Kerman məhkəməsinin başçısı Dadxuda Salari deyib ki, casusluqda ittiham olunan şəxs «Britaniya xüsusi xidmət orqanı ilə İran ərazisində və ondan xaricdə 11 dəfə əlaqə saxlayıb».
Hakim qeyd edib ki, «casus suçunu etiraf edib» və hazırda məhkəmə araşdırması aparılır.
Britaniyanın Xarici İşlər Nazirliyi isə kəşfiyyat fəaliyyəti ilə bağlı məsələləri şərh etmədiyini bildirib.
Xatırladaq ki, İran hakimiyyəti bu sayaq xəbərləri tez-tez yayır və həmin «casusları» bir neçə ay saxladıqdan sonra ittiham elan etmədən, mühakimə olunmadan sərbəst buraxır.