Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdə qalması İran üçün “qırmızı xətt”dir.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri ayətullah Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayəti bəyan edib.
Əli Əkbər Vilayəti deyib ki, Bəşər Əsəd devrilərsə, İsrailə qarşı yaradılan müqavimət həlqəsi qopmuş olar: “Bəşər Əsədin aqibəti bizim üçün çox mühümdür, Suriya xalqının istəklərini ehtiva edən islahatlar zorakılığa baş vurmadan və ABŞ-ın təsiri olmadan gerçəkləşməlidir”.
Bu arada İran parlamentinin sədri Əli Laricani də Suriya, Mali və digər bölgə və qlobal xarakterli məsələləri müzakirə etmək üçün Sudana gedib.