İran hakimiyyəti ölkənin hava məkanının qorunmasının vəziyyətini yoxlamaq üçün iri miqyaslı aviasiya təlimi keçirməyə başlayıb.
Lent.az-ın İran informasiya vasitələrinə istinadən məlumatına görə, təlim «Fədaian Harim Velayət-4» adı altında keçiriləcək.
Dekabrın 19-da Hörmüzqan əyalətində təlimin birinci mərhələsi başlayıb. İki gün davam edəcək hərbi manevrdə qırıcılar, bombardmançılar, kəşfiyyatçı-təyyarələr, eləcə də Hava Hücumundan Müdafiə sistemi sınaqdan çıxarılacaq.
İkinci mərhələdə təyyarələr körfəz üzərindən uçuş edəcək, üçüncüdə isə mülki müdafiə qüvvələrinin iştirakı ilə təlim keçiriləcək.