İranın bir sıra vilayətlərində güclü qar yağması və havaların kəskin soyuması ciddi problemlər yaradıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, ölkənin 14 vilayətində qarın çoxluğu yollarda 4000 nəfəri köməyə möhtac qoyub.
Şəhər təsərrüfatlarının idarə olunmasında yaranmış çətinliklər artmaqdadır. Şagirdlərin gediş-gəlişində çətinlik yaranması səbəbindən bəzi mədrəsələrdə dərslər dayandırılıb.