İranın «Millət» bankı Britaniya hakimiyyətini məhkəməyə verərək, maliyyə qurumuna dəyən ziyanla bağlı 500 milyon funt-sterlinq tələb edir.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, bank 2009-cu ildə Britaniya hökumətinin sanksiya tətbiq etməsi nəticəsində dəyən ziyanın ödənilməsini istəyir.
Xatırladaq ki, Britaniya məhkəməsi 2013-cü il iyunun 19-da bu maliyyə quruman qarşı tətbiq edilən sanksiyanı ləğv edib. Bu isə «Millət»ə sözügedən iddianı irəli sürməsinə təkan verib.
Mənbə bankın İran, yoxsa Britaniya məhkəməsinə müraciət etdiyini dəqiqləşdirməyib.