
İran Avropa ölkələrinə sentyabrın 5-dək vaxt verdi
"Əgər Avropa ölkələri İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öz öhdəliklərini yerinə yetirsələr, Tehran nüvə razılaşmasına dair öhdəliklərinin azaldılması ilə bağlı üçüncü addımı atmaqdan imtina edə bilər ".
APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İran Xarici işlər naziri Cavad Zərif bəyan edib.
İran Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin iclasından sonra C. Zərif deyib ki, avropalılarla danışıqlar davam etdirilir: "Eyni zamanda biz nüvə razılaşmasına dair İranın öhdəliklərinin azaldılması istiqamətində üçüncü addımın atılması üçün həlledici qərar mərhələsindəyik. Əgər Avropa sentyabrın 5-dək lazımi adımı atmasa, İran mayın 7-də qəbul etdiyi qərara uyğun olaraq nüvə razılaşmasına dair öhdəliklərinin azaldılması istiqamətində üçüncü addımı atacaq".
Xatırladaq ki, 2016-cı il yanvarında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı imzalanıb. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.
İranın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı öhdəliklərin azaldılması istiqamətində atdığı addımın birinci mərhələsi mayın 8-də, ikinci mərhələ isə iyulun 7-də başlayıb. İran iyulun 7-də uranın razılaşmada nəzərdə tutulandan yüksək səviyyədə zənginləşdirilməsinə başlayacağını bəyan edib. Bu il mayın 7-də qəbul edilən qərara əsasən, İranın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı atacağı addımın üçüncü mərhələsi sentyabrın 6-da başlamalıdır.
Oxşar yazılar

1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14