“İran və Ermənistan arasında ticarət mübadiləsi bir milyard dollara çatdırılacaq”. Lent.az-ın APA- ya istinadən məlumatına görə, bu açıqlamanı fevralın birində İranın Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Əlirza Beygi, Ermənistanda İran İslam Respublikasının 34-cü ildönümü münasibəti ilə keçirilən tədbirdə bildirib.
Ə. Beygi bildirib ki, hazırda İran və Ermənistan arasında ümumi illik ticarət dövriyyəsi 500 milyon dollardır. İki ölkə arasında, kənd təsərrüfatı, yükdaşıma enerji sahəsində, eləcə də digər sahələrdə əməkdaşlıq mövcuddur.
Qeyd edək ki, bu gün İranın Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi, Ermənistana rəsmi səfərini bitirdikdən sonra, Naxçıvan Muxtar Respublikasına səfər edib.