Britaniya meteoroloqları fırtınanı «qırmızı» xəttə yaxınlaşdığı ilə bağlı İngiltərə və Uels əhalisinə xəbərdarlıq edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, İngiltərə və Uelsin qərb hissəsində küləyin sürətinin saatda 100 km-dək olacağı gözlənilir.
Mənbə bildirib ki, bu səbəbdən infrastruktura ziyan dəyəcəyi və elektrik təchizatında fasilələrin yaranacağı istisna edilmir.
Yaxın günlərdə aylıq normada yağıntını düşəcəyi gözlənilir.
Xilasetmə işləri üçün ölkənin Müdafiə Nazirliyi cənub rayonlarına 1600 hərbçi cəlb edib.
Britaniyanın baş naziri Devid Kemeron xəbərdarlıq edərək, deyib ki, son həftə baş vermiş daşqınlar ciddi təhlükə yaradır və onun yaratdığı fəsadların aradan qaldırılması uzun müddət vaxt aparacaq.