İndoneziyada vulkan püskürdü: 7 ölü
23 may 2016 06:21 (UTC +04:00)

İndoneziyada vulkan püskürdü: 7 ölü

0

İndoneziyada Sinabunq vulkanının püskürməsi nəticəsində 7 nəfər ölüb.

 

APA-nın ABC News-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ağır xəsarətlər alıb. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Məlumata görə, ölən və xəsarət alanlar vulkandan təxminən 4 km aralıda yerləşən fermaların işçiləridir.

 

Sinabunq vulkanının 400 ildən sonra ilk dəfə, 2010-cu ildə püskürməsi nəticəsində 2 nəfər həyatını itirib. 2014-cü ilə təsadüf edən püskürmə zamanı isə 16 nəfər ölüb. Qeyd edək ki, Sinabunq İndoneziya ərazisində yerləşən 120 vulkandan biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar