“Siz saçları açıq bu qadınlara baxın, cadugər görəcəksiniz…”
Misirin məşhur sələfi imamı Əbu İslam cümə namazında oxuduğu xütbədə Qahirənin Təhrir meydanında qadınların seksual zorakılığa məruz qalmasına bəraət qazandırıb.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Əbu İslam deyib ki, qadınlar Təhrir meydanına zorlanmaq, seks üçün gəlirlər.
Qeyd edək ki, təkcə yanvarın 25-də gecə Təhrir meydanında 25 qadın seksual zorakılığa məruz qalıb: “Dünyəvi müxalifət deyir ki, qadınlar qırmızı cizgidir. Bu çılpaq qadınlar qırmızı cizgidir? Onlar Təhrir meydanına zorlanmaq üçün gəlirlər. Onların qorxusu, abır-həyası yoxdur. Həmin qadınların 90 faizi xristian, 10 faizi duldur, onları heç kim nəzarətdə saxlaya bilmir. Siz saçları açıq bu qadınlara baxın, cadugər görəcəksiniz. Qadın adlanan cadugərlərdir”.