ABŞ-ın Viskonsin ştatının Miluoki dairəsində 2 yaşlı uşaq təsadüfən tapança ilə anasını güllələyib.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, qadın güllələnən zaman avtomobil idarə edirmiş və o hadisə yerində ölüb. Silah qadının gözətçi işləyən gənc sevgilisinə məxsus olub.
Məlumata görə, arxa oturacaqda oturan körpə, doldurulmuş tapançanı tapıb və təsadüfən tətiyi çəkib. Güllə oturacağı deşərək 26 yaşlı Patris Praysın belindən dəyib.
Avtomobildə ölmüş qadının anası və daha bir uşaq da olub. Onların heç biri xəsarət almayıb.