Hollandiyada Ərdoğana cinayət işi açılması tələb edilir
16 dekabr 2013 12:00 (UTC +04:00)

Hollandiyada Ərdoğana cinayət işi açılması tələb edilir

Hollandiyanın sağ təmayüllü Azadlıq Partiyası Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, partiya rəhbərliyi Türkiyə baş nazirini Suriyada terrorçulara dəstək verməkdə günahlandırır.

 

Partiya Hollandiya hökumətinə də müraciət edərək, Türkiyə ilə münasibətlərinə yenidən baxılmasını tələb edib.

 

Azadlıq Partiyası təmsilçiləri, həmçinin, Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidan haqqında da araşdırma başlanmasını tələb edib. Tələbdə qeyd edilir ki, Türkiyə baş naziri və MİT rəhbəri Suriyadakı cihad hərəkatına dəstək verirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1205
avatar

Oxşar yazılar