Yaponiyanın Hokkaydo adasının şimalında 6,9 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın xarici informasiya vastələrinə istinadən məlumata görə, bu haqda ABŞ-ın geoloji xidməti açıqlama yayıb.
Yeraltı təkanlar yerli vaxtla 23.17-də Kusiro şəhərindən 109 km qərbdə baş verib.Yeraltı təkanların dərinliyi 120 km dərinlikdə olub.
Məlumata əsasən, sunami təhlükəsi yoxdur. Xəsart alanlarvə dağınğılar barədə məlumat yayılmayıb.
Ötən ilin dekabrında ölkənin şimal-şərq sahillərində 7,3 bal gücündə baş vermiş zəlzəl bir metr hündürlükdə sunaminin yaranmasına da səbəb olmuşdu.
Bu zaman insan itkisi olmamışdı.