Şimal Amerika hindularının lideri ABŞ hakimiyyətindən öz torpaqlarında hindu qadınlara qarşı zorakılıq işlətmiş soylarından olmayanların cəzalandırılması etnik məhkəmədə mühakimə edilməsi üçün icazə istəyib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Amerika Hinduları Milli Konqresinin başçısı Cefferson Kil bildirib ki, hər üç hindu qadından biri il ərzində azı bir dəfə zorakılığa məruz qalır. Onun sözlərinə əsasən, həmin qadınların yarısından çoxu hindu kişilərlə ailə qurmayıb. Belə ərlər isə hindu həyat yoldaşlarına işgəncə verir, qətlə yetirir. Amerikanın köklü sakinlərinin, hinduların isə belə ərləri mühakimə etmək səlahiyyəti yoxdur. Bu qayda avropalılar Amerikanı işğal edəndən qüvvədədir.
Kil ABŞ Konqresindən hindu məhkəmələrinə bu funksiyanın verilməsini istəyib. Oklahoma ştatından olan senator Tom Kobern tərəfindən tayfa məhkəmələrinin fəaliyyətinin qanunla tənzimlənməsi ilə bağlı irəli sürülən təklifi senat qəbul etməyib.