Hindistanda yer sürüşməsi 20-dən çox insanın həyatına son qoyub
16 avqust 2014 23:24 (UTC +04:00)

Hindistanda yer sürüşməsi 20-dən çox insanın həyatına son qoyub

0

Hindistanın şimal bölgələrində son iki gündür davam edən leysan yağışlar səbəbindən baş vermiş yer sürüşmələri nəticəsində 24 nəfər ölüb 

Lent.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, yer sürüşmələri Uttarakxand ştatında qeydə alınıb. İnsanların bir qismi gecə saatlarında evlərinin uçması nəticəsində ölüb, bir neçə nəfəri uçqun altından çıxararaq xilas etmək  mümkün olub.  

 

Sinoptiklər qeyri-sabit hava şəraitinin yaxın günlərdə də davam edəcəyini proqnozlaşdırıblar.  Rəsmi qurumlar insanların evakuasiyası işinə hərbçiləri cəlb etmək niyyətindədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 605

Oxşar yazılar