Yerli əhalinin müqavimətindən sonra Hindistan hakimiyyəti Londonun «Vendanta» dağ-mədən şirkəti ilə əməkdaşlıqdan imtina edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu ölkənin şərqindəki mədənindən alüminium hasil etməyi planlaşdırırmış.
Hinistanın Orissa ştatındakı Niyamgiri dağı ətrafında 12 kəndin əhalisi ilə aparılan məsləhətləşmədən sonra hakimiyyət həmin yataqda işlərin dayandırılması haqda qərar qəbul edib.
Yerli sakinlər bildirib ki, onlar özləri həmin ərazidən dolanışıq üçün alüminium çıxarırlar.
Bundan başqa yerli tayfalar Niyamgiri dağını müqəddəs sayırlar.
Bir müddət öncə hüquq müdafiəçiləri bildirmişdi ki, sözügedən ərazidən alüminium hasilatının genişləndirilməsi çoxlu sayda sakinin köçürülməsinə səbəb olacaq.