İran parlamenti prezident Həsən Ruhaninin təqdim etdiyi 18 nazirliyə namizədin 15-ni təsdiqləyib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, maarif, ali təhsil və elmi araşdırmalar, idman sahələri üzrə namizədlər parlamentin dəstəyini ala bilməyib. Onların «islahatçı» adlanan siyasi düşərgəyə yaxın olduğu deyilir.
Məclis üzvləri bütövlükdə siyahıya deyil, hər namizədə ayrılıqda səs verib.
Xatırladaq ki, Həsən Ruhani həmin sahələr üzrə Məhəmmədəli Nəcəfi (maarif naziri)
Cəfər Meyli Münfərid (ali təhsil naziri), Məsud Sultanifərdin (idman və gənclər naziri) namizədliklərini irəli sürmüşdü.
Təsdiqlənənlər isə aşağıdakılardır:
Bijən Zəngənə, neft naziri
Əbdülrza Rəhmani Fəzli, daxili işlər naziri
Əli Təyyibniya, iqtisadiyyat və maliyyə naziri
Mahmud Ələvi, ETTELAAT naziri
Həmid Çitçiyan, energetika naziri
Hüseyn Dehqan, müdafiə naziri
Məhəmmədrza Nemətzadə, ticarət, mədən və sənaye naziri
Mahmud Höccəti, kənd təsərrüfatı naziri
Əli Rəbii, sosial rifah, əmək və korporasiya naziri
Abbas Axundi, yol və şəhərsalma naziri
Həsən Haşimi, səhiyyə naziri
Məhəmmədcavad Zərif, xarici işlər naziri
Mustafa Purməhəmmədi, ədliyyə naziri
Əli Cənnəti, irşad və mədəniyyət naziri
Mahmud Vaizi, informasiya texnologiyaları və kommunikasiya naziri.