Suriyada Bəşar Əsəd rejiminin nəzarəti altında olan Hələb Mərkəzi Həbsxanası müxalifətin nəzarətinə keçib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, oradan 3500 məhbusun azad edildiyi bildirilib.
Mənbənin məlumatına əsasən, həbsxananın İslam Cəbhəsi və Nusra Cəbhəsinin yaraqlıları ələ keçirib.
Məlumatda xatırladılıb ki, həmin həbsxanaya 2011-ci ildən başlayan etiraz aksiyaları zamanı tutulan siyasi məhkumlar saxlanılırmış. Bundan başqa ötən ilin dekabrın on məhbus orada donaraq ölmüşdü.
Bununla belə Bəşar Əsədə bağlı qüvvələr son üç gündə Hələbi bombalamaqdadır. Havadan hücum nəticəsində 250-dən çox insan həlak olub.