Meksikanın Duranqo ştatında məhbuslar həbsxanadan qaçmağa cəhd göstərən zaman atışma baş verib. Lent.azh-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, atışma nəticəsində 7 nəzarətçi və 11 məhbus ölüb.
Həbsxanada qiyam qaldıran məhbuslar öncə nəzarət qüllələrindəki nəzarətçilərə atəş açıb, daha sonra həbsxanadan qaçış üçün öncədən qazdıqları tuneldə partlayış törədərək çölə çıxmaq istəyiblər. Yalnız ordu bölmələri yeridildikdən sonra həbsxanaya nəzarəti bərpa etmək mümkün olub.
Qeyd edək ki, son 2 ildə Meksikadakı həbsxanalardan 500 nəfərdən çox məhbus qaçıb.