Gürcüstan tarixində bir ilk
29 dekabr 2012 12:38 (UTC +04:00)

Gürcüstan tarixində bir ilk

Parlament Saakaşvilinin vetosunu aşdı

 

Gürcüstan parlamentinin dekabrın 28-də keçirilən iclasında prezident Mixail Saakaşvilinin “Amnistiya haqqında” qanuna qoyduğu vetonu aşıb.

 

Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu, ölkə tarixində ilk belə haldır. Prezidentin vetosunu aşmaq üçün 91 deputat səs verib, 24 deputat buna qarşı çıxıb. Parlamentdə prezidentin vetosunu aşmaq üçün deputatların 3/5-nün səsi lazımdır. Qanun layihəsi 7 gün ərzində imzalaması üçün prezidentə qaytarılacaq. Əgər Mixail Saakaşvili yenidən “Amnistiya haqqında” qanunu imzalamaqdan imtina edərsə, sənədi parlamentin spikeri imzalayacaq və qanun qüvvəyə minəcək.

 

Qeyd edək ki, “Amnistiya haqqında” qanun dekabrın 21-də parlamentdə qəbul edilib. Amnistiya 3 min nəfərə tətbiq olunacaq, onların arasında parlamentin siyasi məhbus saydığı 190 nəfər də var. Mixail Saakaşvili isə dekabrın 27-də bəyan edib ki, qanunu imzalamayacaq. O, bu qərarını əsaslandırarkən bildirib ki, birinci, seksual cinayətlərdə mühakimə edilən şəxsləri bağışlamağa hazırlaşmır, ikinci, ölkədə siyasi məhbus yoxdur. O, heç bir beynəlxalq təşkilatın da Gürcüstanda siyasi məhbus qeydə almadığını vurğulayıb. Ancaq baş nazir Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcü Arzusu koalisiyası parlamentdə üstünlük təşkil etdiyi, Mixail Saakaşvilinin Vahid Milli Hərəkatı azlıqda olduğu üçün parlament prezidentin iradəsini nəzərə almayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1098

Oxşar yazılar