Fransa martda Malidən çıxacağını boyun olub
06 fevral 2013 06:43 (UTC +04:00)

Fransa martda Malidən çıxacağını boyun olub

Fransanın müdafiə naziri Jan-İv Le Drian Malidəki hərbi əməliyyatlarda bir neçə yüz yaraqlının öldürüldüyünü bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, «islamçı» adlananlar Malinin şimalından çıxarılıb. Məlumata əsasən, onlar ölkənin şimal-şərqindəki dağlara sığınıb.

 

Fransanın xarici işlər naziri isə öz növbəsində bildirib ki, əgər hərbi əməliyyatlar plana uyğun olarsa, o zaman cari ilin martında fransız hərbçiləri Malini tərk edəcək.

 

Brüsseldə isə BMT, Avropa Birliyi və Afrika Birliyi təmsilçilərinin iştirak ilə Malidə sabitliyin bərpası məsələsi üzrə görüş davam edir. Müzakirə edilən məsələlər arasında bu ölkədə demokratik seçkilərin keçirilməsi, beynəlxalq hərbi kontingentə maliyyə və humanitar yardımın edilməsi də var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431
avatar

Oxşar yazılar