Etiraz aksiyaları zamanı həlak olanların xatirəsinin yad edilməsi məqsədi ilə fevralın 22-23-ü ölkədə matəm elan olunub.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, bu haqda Ukraynanın Ali Radası qərar qəbul edib. Sessiyada iştirak edən 383 deputatdan 355-i bu qərarın lehinə səs verib.
Ölkə prezidenti Viktor Yanukoviç də fevralın 22 -23-ün matəm günü elan olunmasına dair sərəncam imzalayıb.