Suriyadakı hakimiyyətin başçısı Bəşar Əsəd ona bağlı qüvvələrin səmərəli fəaliyyət göstərdiyini, «təşəbbüsü ələ adlıqlarını», «terrorçuların» isə «məğlubiyyət seriyalarının artığını» bildirib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Livanda çıxan hizbullahçı «əl-Əxbar» qəzet bildirib ki, bu yaxınlarda B.Əsəd prezident sarayında «ərəb təmsilçilərinə aid qrupları» qəbul edib. Mənbə həmin qrupların adlarını açıqlamayıb.
O, müxalifəti İordaniya, Livan, Türkiyə sərhədlərinə doğru «sıxışdırdıqlarını»,şəraitə nəzarət məqsədi ilə bir sıra şəhərlərdə, o cümlədən Dəməşqdə müqavimət təcrid etdiklərini söyləyib.
Bəşar Əsəd qeyd edib ki, indiki şəraitdə ABŞ Suriya münaqişəsinə müdaxilə etmək «iqtidarında» deyil.
Onun sözlərinə görə, Rusiya onları dəstəkləməkdə davam etməklə, Suriyadakı hakimiyyəti deyil, «özünü müdafiə edir».