Ermənistan ordusu daha bir itki verib.
APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, yanvarın 26-dan 27-ə keçən gecə “N” saylı hərbi hissənin əsgəri Yuri Qareqinyan tabel silahından xidmət yoldaşı Artak Qalustyana atəş açıb. A. Qalustyan hadisə yerində ölüb.
Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib, araşdırma aparılır.