Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində 2012-ci ildə təbii ehtiyatların müəyyənləşdirilməsi məqsədilə geoloji tədqiqat işləri həyata keçiriblər.
APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, geoloji tədqiqat işləri Ağdərədə, Kəlbəcər, Laçın və Zəngilan rayonlarının ərazilərində aparılıb. Geoloji tədqiqatların nəticələri barədə məlumatlar açıqlanmayıb.
Ermənilərin işğalı altındakı Azərbaycan ərazilərində geoloji tədqiqatlar Dağlıq Qarabağdakı separatçı rejimin «hökuməti»nin və Ermənistanın «Beytz Metal» şirkətinin sifarişi əsasında aparılıb.