Gənc Ermənilər Birliyi (UYA) fevralın 19-da Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğunun binası önündə etiraz aksiyası keçirəcək. Lent.az-ın “panarmenian.net”ə istinadən verdiyi məlumata görə, analoji aksiya Macarıstanın baş konsulluğu önündə də olacaq.
Ermənilər azərbaycanlı zabit Ramil Səfərovun 2004-cü ilin fevralında erməni zabit Qurgen Markaryanın öldürməsinin 9, Sumqayıt hadisələrinin isə 25 illiyini qeyd etmək niyyətindədirlər. UYA ABŞ-ın erməni icmasına və Cənubi Kaliforniya sakinlərinə müraciət edərək, onları aksiyada iştiraka çağırıb.