Erməni hərbçilər qəzaya düşdülər: 6 yaralı
08 iyun 2016 01:31 (UTC +04:00)

Erməni hərbçilər qəzaya düşdülər: 6 yaralı

0

İyunun 7-də axşam saatlarında İrəvanın mərkəzində 5 erməni hərbçinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, içərisində sürücü ilə birlikdə 5 hərbçinin olduğu “UAZ” markalı avtomobil “Hundai” markalı minik avtomobili ilə toqquşub.

 

Qəza nəticəsində “UAZ”-da olan hərbçilərin hamısı və “Hundai” markalı avtomobilin sürücüsü müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

 

Xəsarət alanlardan bir nəfərin – “UAZ”-ın sürücüsünün vəziyyəti ağırdır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 473

Oxşar yazılar