Ərəb mediası Heydər Əliyevdən yazıb
10 may 2016 17:24 (UTC +04:00)

Ərəb mediası Heydər Əliyevdən yazıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi Dövlət İnformasiya Agentliyində, eləcə də Bəhreyn Krallığının dövlət xəbərlər portalında və Fələstinin xəbərlər portalında “Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin doğum gününü təntənəli qeyd edir” sərlövhəli məqalələr dərc edilib.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən Lent.az-a verilən məlumata görə, məqalələrdə Heydər Əliyevin həm Sovet dönəmində hakimiyyətə gəlişinin, həm də müstəqilliyin ilk illərində öz xalqının təkidi ilə hakimiyyətə qayıdışının ölkəni xaosdan qurtardığı, məhz həmin səbəbə görə də bu dahi şəxsiyyətin xalqın ümummilli lideri və ulu öndərinə çevrildiyi oxucuların diqqətinə çatdırılıb.

 

 

Məqalələrdə vurğulanıb ki, SSRİ dövründə zəngin və mərkəzdən dotasiya almayan iki respublikadan biri olmuş Azərbaycanın müstəqilliyinin ilk illərində son dərəcə mürəkkəb və gələcəyi qaranlıq ictimai-siyasi və iqtisadi vəziyyətlə üzləşib. Məhz Heydər Əliyevin

vətənpərvərliyi, xalqa hədsiz sədaqəti, habelə zəngin təcrübəsi sayəsində ölkəmiz demokratiya yoluna qədəm qoyaraq, siyasi, ictimai və iqtisadi islahatlar vasitəsilə parlaq gələcəyə qovuşub, qlobal əhəmiyyətə malik enerji və nəqliyyat layihələrinin icra olunduğu məkana çevrilib.

 

 BƏƏ-nin Dövlət İnformasiya Agentliyinin məlumatında, həmçinin Heydər Əliyevin 1994-cü ildə o vaxtkı İslam Konfransı Təşkilatının Kasablanka Zirvə Toplantısı çərçivəsində Ərəb Əmirliklərinin qurucusu mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanla görüşünün Azərbaycan-BƏƏ əlaqələrinin inkişaf istiqamətlərini müəyyən etdiyi və bu əlaqələrin bu gün prezident İlham Əliyev və Prezident Şeyx Xəlifə bin Zayed Əl Nəhyan tərəfindən uğurla davam etdirildiyi xüsusilə qeyd edilib.

 

Daha sonra məqalələrdə Heydər Əliyevin cızdığı müdrik kurs üzərində sabit dayanan müasir Azərbaycanda bu gün misli görünməmiş dinamik inkişafın baş verdiyi, İlham Əliyevin hikmətlə davam etdirdiyi həmin kurs sayəsində ölkəmizin regional liderə və beynəlxalq əlaqələrdə etibarlı tərəfdaşa çevrildiyi qabardılıb.

 

Məqalələrin yekununda xüsusilə qeyd edilib ki, Heydər Əliyevin vəfatından 13 il keçməsinə baxmayaraq, onun yaradıcı ideyaları öz bəhrəsini verməkdədir. Paralel olaraq, Heydər Əliyevin irsini yetişən nəsillərə çatdırmaqla yanaşı, humanitarmədəniyyət və təhsil sahələrində layihələrin icrası vasitəsi ilə Heydər Əliyev şəxsiyyətinin həm ölkənin daxilində, həm də dünya miqyasında daha da geniş tanıdılması işində Azərbaycanın birinci xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu uğurla fəaliyyət göstərir.

Yazılarla bu linklərdə tanış ola bilərsiniz (http://www.wam.ae/ar/news/international/1395295287092.html,

http://www.alwasatnews.com/news/1111712.html,

http://www.alwatanvoice.com/arabic/news/2016/05/08/914621.html).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 114
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35