2013-cü il dekabrın 17-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla oğlu Bilal Ərdoğan arasında telefon danışığı iddia edilən bir lent yazısı internetdə yayılıb.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, sosial şəbəkədə geniş yayılan bu lent yazısı ilə bağlı hökumət açıqlama verib.
«Baş nazirimiz cənab Rəcəb Tayyib Ərdoğan ilə oğlu arasında telefon danışığı olduğu iddia edilən, bu axşam internetdə yayılmış lent yazısı əxlaqsızca edilmiş bir montajdır. Bu lentin gerçəklik əlaqəsi yoxdur» - deyə, açıqlamada vurğulanıb.
Bəyanatda daha sonra bu çirkli oyunun quranların qanunlar daxilində məsuliyyətə cəlb ediləcəyi bildirilib.