Ərdoğanın göndərdiyi iki nəfərdən açıqlama
10 yanvar 2014 01:37 (UTC +04:00)

Ərdoğanın göndərdiyi iki nəfərdən açıqlama

Prokuror Zəkəriyyə Özün yazılı açıqlamasında barələrində bəhs edilən iki nəfər bəyanat yayıb.

 

Lent.az-ın Türkiyə «doğan» xəbər agentliyinə istinadən məlumatına görə, ictimai auditor Nihad Öməroğlu və apelliyasiya məhkəməsinin  13-cü dairəsinin hakimi İsmayıl Rüştü Cirit prokurorun iddialarına yazılı açıqlama veriblər. Onlar Bursada Zəkəriyyə Özlə görüşdüklərini, ancaq «istintaqı dayandır» kimi təkliflə çıxış etmədiklərini bildiriblər.

 

Xatırladaq ki, Zəkəriyyə Öz baş nazir Rəcəb Tayyib Ərdoğanın onun yanına iki nəfər göndərdiyini bildirmişdi. Prokuror baş nazirin onlar vasitəsi ilə «istintaqı dayandırması» ismarıcını göndərdiyini də vurğulamışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865
avatar

Oxşar yazılar