Türkiyə baş nazirinin təhlükəsizliyini təmin edən 23 əməkdaş işdən azad edilib.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, baş nazir Rəcəb Tayyib Ərdoğanın cangüdənlərinin işdən çıxarılmasının səbəbi ötən həftə hökumət başçısının kabinetində dinləmə qurğusunun aşkarlanması göstərilib.
Ancaq Nazirlər Kabinetinin yaydığı açıqlamada bu təkzib edilib. Sənəddə bildirilib ki, cangüdənlərin işdən azad edilməsi baş nazirin otağından aşkarlanan dinləmə qurğusu ilə heç bir əlaqəsi yoxdur.