Ərdoğan hökumətində yer alacağı gözlənilən yeni nazirlərin adları
25 dekabr 2013 21:49 (UTC +04:00)

Ərdoğan hökumətində yer alacağı gözlənilən yeni nazirlərin adları

0

Türkiyə mətbuatında AKP hökumətində yer alacağı ehtimal olunan şəxslərin adları açıqlanıb. APA-nın DHA-ya istinadən verdiyi məlumata görə, “Yeni Şafak” qəzeti baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident Abdullah Gülə təqdim etməyə hazırlaşdığı siyahıdan yazıb.  

 

Daxili işlər naziri - Efkan Ala

İqtisadiyyat naziri - Numan Kurtulmuş

Ədliyyə naziri - Mustafa Şentop

Rabitə naziri - İsmet Yılmaz

Avropa Birliyi məsələləri üzrə nazir - Ömer Çelik

Mədəniyyət və turizm naziri - Mahir Ünal

Müdafiə naziri - Alpaslan Kavaklıoğlu

 

Onu da qeyd edək ki, baş nazirin prezidentlə axşam saatlarında planlaşdırılan görüşü naməlum səbəblərdən təxirə salınıb. Həmin görüşdə R.T. Ərdoğanın A.Gülə sözügedən siyahını təqdim edəcəyi gözlənilirdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1384

Oxşar yazılar