Ərdoğan Binali İldırımı qəbul etdi
24 may 2016 05:17 (UTC +04:00)

Ərdoğan Binali İldırımı qəbul etdi

0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri Binali Yıldırımı qəbul edib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, prezident iqamətgahında baş tutan görüş yerli vaxtla  saat 01: 25  başlayıb.

 

Bağlı qapılar arxasında keçirilən görüş təxminən 2 saat davam edib.

 

Mayın 22-də  AKP-nin fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib. Prezident Ərdoğan yeni partiya başqanına 65-ci hökuməti qurmaq səlahiyyəti verib.

 

Qeyd edək ki, ötən axşam Binali Yıldırım və baş nazir Əhməd Davudoğlu arasında görüş olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar