Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ölkənin 40 vilayətində polis rəislərini və valiləri dəyişdirəcək.
Lent.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, baş nazir hazırda Türkiyənin daxili işlər naziri Əfqan Ala və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanla görüş keçirir. Məlumata görə, görüşdə 17 dekabrda başladılan “Böyük rüşvət” işi və bu əməliyyatdan sonra Gülən icmasının polis və məhkəmə orqanlarındakı adamlarının təmizlənməsi müzakirə olunur.
Bildirilir ki, görüşə müzakirə olunan əsas məsələlərdən biri də 40 şəhərdə vali və polis rəislərinin dəyişdirilməsi ilə bağlıdır.